ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Yuxular çox zaman insanlar gələcəkdə baş verənlərdən xəbər verəcək qədər əhəmiyyətli olur. Bu dəfə sizə yuxuda iydə görməyin təfsirini açıqlayacağıq.
Yuxuda iydə görmək sərvət, mənfəət və ya məqbul olmayan bir şəxsdən mənfəət əldə etməyə dəlalət edir.
Yuxuda iydə aldığını və ya bir nəfərin sizə verdiyini görmək halal gəlir əldə etməyə dəlalət edir.
Yuxuda ağacdan iydə yığdığını görmək əxlaqsız və tərbiyəsiz bir insandan mal-dövlət almağa işarə edir.
Yuxuda iydə yemək həyat yoldaşınızın malını xərcləyəcəyinizə işarədir.
Yuxuda mövsümündə təzə iydə görmək bol qazanc əldə etməyə, iydə yemək isə sağlamlığa, halal mal-mülkə, mənfəətə və qazanc əldə etməyə işarə edir.
Yuxuda iydə ağacı görmək yardımsevər və xeyirxah bir insanla dostluq qurmağa və ya yüksək vəzifə tutmağa işarədir.
Yuxuda qurudulmuş iydə görmək dostlarla söhbəti simvollaşdırır.
Yuxuda iydə görmək insanın özü və ya yaxını xəstədirsə, sağalacağına işarədir.
Bəzi təfsirçilərin fikrincə, yuxuda iydə ağacı görmək, bol maddi qazanc əldə edəcəyinizə işarədir.
Gənc qadının iydə ağacı görməsi onun sevdiyi insanla evliliyi kimi yozulur.
Yuxuda iydə görmək və yemək ətrafınızda çox yaxşı bir insan kimi tanınacağınıza işarədir.
Yuxuda iydə ağacının çiçək açdığını görmək, var-dövlət qazanmağa və ailənizi asanlıqla təmin etməyə işarədir.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.