BAKI, 29 oktyabr. TELEQRAF
Yamayka hökuməti ölkə ərazisini “Melissa” qasırğasının təsiri səbəbilə fəlakət zonası elan edib.
Teleqraf xəbər verir ki, bu barədə baş nazir Endryu Holness qərar qəbul edib.
Baş nazirin ofisindən verilən məlumata görə, qasırğa hazırda adanın üzərindən keçməkdədir.
“Hazırkı vəziyyət Təbii fəlakət risklərinin idarə olunması haqqında qanun çərçivəsində yeni hüquqi mexanizmlərin tətbiqini tələb edir. Eyni zamanda, sabitliyi qorumaq, vətəndaşların təhlükəsizliyini təmin etmək və ərzaq, su və digər ləvazimatların alınması zamanı sui-istifadə hallarının qarşısını almaq vacibdir”, - hökumət bəyan edib.