ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Donald Trampın üçüncü müddətə prezident seçiləcəyinə inanmadığını deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “TASS ” məlumat yayıb.
“Mən bunun reallaşacağına inanmıram. Əslində prezident kimi üçüncü müddətə namizəd ola bilər. Amma seçiləcəyini düşünmürəm. ABŞ Konstitusiyasında prezidenti iki müddətə seçməklə məhdudlaşdıran 22-ci düzəliş var. Düşünürəm ki, prezident Konstitusiyanın qoyduğu məhdudiyyətlərdən xəbərdardır və biz bu barədə danışmışıq. Mən Konstitusiyaya dəyişiklik etməyin mümkünlüyünü düşünmürəm. Hamınızın bildiyi kimi, buna nail olmaq üçün təxminən 10 il lazımdır”, – deyə Conson vurğulayıb.
Qeyd edək ki, belə bir ehtimalı daha öncə prezidentin keçmiş əsas siyasi strateqi Stiv Bennon da səsləndirib.
Məlumat üçün bildirək ki, ABŞ Konstitusiyasına 22-ci düzəliş 1951-ci ildə qəbul edilib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.