AZ

Zelenski Qərbi təəccübləndirdi: Tarix açıqlandı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna artıq yaxın aylarda öz istehsalı olan silah və hərbi texnikanın ixracına başlamağa hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bəyanat verib.

“Silahlarımızın idarə olunan ixracı proqramı gələn ay işə salınmalıdır”, – Zelenski bildirib.

Prezident qeyd edib ki, Ukraynanın müdafiə sənayesi son illər ərzində xeyli inkişaf edib və indi təkcə daxili tələbatı deyil, həm də beynəlxalq bazar üçün sifarişləri təmin edə biləcək vəziyyətdədir.

Zelenski həmçinin pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və çatdırılması planının tam yerinə yetirilməsini tələb edib.

Bu vəzifəni Ukraynanın müdafiə naziri Denis Şmıqala həvalə edən dövlət başçısı vurğulayıb ki, Ukrayna yaxın gələcəkdə regionda hərbi texnologiyalar ixrac edən əsas ölkələrdən birinə çevriləcək.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
globalinfo.az

1Mənbələr