AZ

Netanyahu Qəzzaya hücum barədə əvvəlcədən ABŞ a məlumat veribmiş

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail bu gün Qəzza zolağına hərbi zərbələr endirmək planları barədə Birləşmiş Ştatları əvvəlcədən xəbərdar edib.

Globalinfo.az xəbər verir ki, “Associated Press”in iki amerikalı rəsmiyə istinadla məlumat yayıb.

Mənbələr bildirir ki, məlumat ötürülməsi Vaşinqton və Təl-Əviv arasında koordinasiyanın qorunması məqsədilə həyata keçirilib.

ABŞ tərəfi isə İsraildən əməliyyat zamanı mülki itkilərin qarşısını almaq üçün maksimum diqqət tələb edib.

Qeyd edək ki, oktyabrın 28-də İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib ki, HƏMAS girovun qalıqlarının qaytarılmasını saxtalaşdırmağa cəhd göstərib. Bəyanatda vurğulanıb ki, bu addım atəşkəsin ruhuna və beynəlxalq hüquqa zidd hesab olunur.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
globalinfo.az

1Mənbələr