AZ

Trampdan Xameneiyə şok məktub: Müharibə olacaq, hazırlaşın!

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp prezidentliyinin əvvəlində İranın ali rəhbəri Əli Xameneiyə məktub göndərərək, danışıqlar nəticə verməsə, hərbi addımlar atılacağı barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi danışıb.

O, Trampın məktubunun həm təklif, həm də təhdid xarakteri daşıdığını vurğulayıb:

“Tramp səlahiyyətlərinin əvvəlində Xameneiyə məktub göndərmişdi. Məktubda bir tərəfdən danışıqlar təklif edilir, digər tərəfdən isə qeyd olunurdu ki, dialoq nəticəsiz qalarsa, müharibə olacaq və buna hazırlaşmaq barədə məlumat vermişdi”.

İran rəsmisi qeyd edib ki, bu mesaj Vaşinqtonun Tehranla münasibətlərdə təzyiq siyasətinə əsaslandığını bir daha sübut edir.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
globalinfo.az

2Mənbələr