AZ

Rəfsəncaninin ölümü ilə bağlı sensasion xəbər: Qızı ilk dəfə açıqladı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi Rəfsəncani atası ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, atasının 2017-ci ildə müəmmalı şəkildə vəfatının arxasında İran daxilindəki müəyyən dairələrin dayandığını iddia edib.

Faizə Haşimi bildirib ki, atasının Tehrandakı Sədabad kompleksində hovuzda boğulması ilə bağlı rəsmi versiya bir çox suallara cavab vermir:

“Bizə deyilənlər reallığa uyğun gəlmir. Əldə etdiyimiz məlumatlar göstərir ki, atamın ölümü təbii hadisə deyildi. O, daxili qüvvələrin planlaşdırdığı sui-qəsdin qurbanı olub”.

O, həmçinin qeyd edib ki, ailə bu məsələ ilə bağlı illərlə sükut içində qalıb, lakin artıq həqiqətin üzə çıxması zamanı yetişib.

Qeyd edək ki, Haşimi Rəfsəncani İranın müasir tarixində mühüm fiqur sayılırdı. O, həm Ali dini lider Əli Xamenei ilə yaxın münasibətlərə malik olub, həm də islahatçı düşərgənin ideya memarlarından biri kimi tanınıb.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
globalinfo.az

1Mənbələr