GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Avronest Parlament Assambleyasının Büro üzvlərini qəbul edib.
Globalinfo.az xəbər verir ki, görüş İrəvanda təşkilatın 12-ci plenar sessiyası çərçivəsində baş tutub.
Paşinyan görüş zamanı Avropa İttifaqı ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb və Ermənistanın demokratik islahatları Aİ-nin dəstəyi ilə ardıcıl şəkildə həyata keçirdiyini bildirib.
O, həmçinin qeyd edib ki, Avropadan davamlı maliyyə və ekspert dəstəyi ölkədə aparılan dəyişikliklərin dayanıqlılığı üçün mühüm əhəmiyyət kəsb edir.
Baş nazir regional məsələlərə də toxunaraq, Azərbaycanla münasibətlərin normallaşması prosesini diqqət mərkəzinə gətirib:
“Hazırda regionda dialoq və davamlı sülhün bərqərar olması üçün əlverişli atmosfer formalaşıb”, – Paşinyan deyib.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.