ain.az, Axar.az saytına istinadən bildirir.
2025.10.28. 22:59
İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə rayonuna zərbələr endirməyə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
Bildirilib ki, zərbələrdən biri “Əş-Şəfa” tibb mərkəzinə endirilib.
Bundan əlavə, Əş-Şati qaçqın düşərgəsinin də bombalandığı deyilir.
İtkilər barədə informasiya verilmir.
Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahi Qəzzaya təcili zərbələr endirilməsi barədə əmr verib.
***
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Bu barədə “Əl-Əqsa TV” məlumat yayıb.
***
İsrailin bombardmanı zamanı ölənlərin sayı 11-ə çatıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.