Bakı. Trend:
Şimali Koreyanın Baş Raketqayırma İdarəsi strateji "dəniz-yer"qanadlı raketlərini sınaqdan keçirib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi TeleqrafAgentliyi xəbər verib.
"Gəmidən buraxılmaq üçün modifikasiya edilmiş şaquli olaraqburaxılan qanadlı raketlər Sarı dəniz üzərindəki hava məkanındamüəyyən bir trayektoriya boyunca 7800 saniyədən çox uçduqdan sonrahədəfə çatıb", - deyə bildirilib.
Qeyd olunur ki, sınaq partiyanın Mərkəzi Hərbi Komissiyasınınsədr müavini Park Çon Çxon tərəfindən müşahidə olunub.
O, Şimali Koreyanın "nüvə qüvvələrini praktik hala gətirməkdəmühüm irəliləyişlər əldə etdiyini" bildirib.