Bakı, 29 oktyabr, AZƏRTAC
Şimali Koreya ordusu növbəti qanadlı raket sınağını həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Sınaqlar Koreya yarımadasının qərb sahilində keçirilib. Dövlət başçısı Kİm Çen In sınaqlarda iştirak etməyib.