ABŞ Prezidenti Donald Tramp Rusiyanın neft sektoruna qarşı tətbiq olunan yeni sərt sanksiyaların tam və effektiv şəkildə icra olunmasını təmin etmək niyyətindədir.
Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO yanındakı səfiri Metyu Uitaker açıqlama verib.
Uitakerin sözlərinə görə, Vaşinqtonun məqsədi Rusiya Prezidenti Vladimir Putini Ukraynada müharibəni dayandırmaq və danışıqlara başlamağa məcbur etməkdir.
Qeyd edək ki, yeni məhdudiyyətlər fonunda Rusiyanın ən iri enerji şirkətlərindən biri olan “Lukoil” aktivlərinin satışına başlayıb. Diplomata görə, bu, sanksiyaların təsir gücünü artıq real şəkildə göstərməyə başladığını sübut edir.
//Samir Qurbanov, Editor.az