İsrail hakimiyyəti Qəzza zolağına hava hücumları başlamazdan əvvəl ABŞ-ı xəbərdar edib.
Musavat.com xəbər verir ki, məlumatı Associated Press (AP) agentliyi ABŞ rəsmilərinə istinadən yayıb. Bildirilir ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens jurnalistlərə verdiyi açıqlamada atəşkəsin davam edəcəyinə inamını bildirib: "Bu, zaman-zaman kiçik toqquşmalar olmayacaq demək deyil".
Qeyd edək ki, Axios bundan əvvəl baş nazir Beynamin Netanyahunun Trampla əlaqə saxlayaraq razılıq almağa çalışdığını yazıb. Portal söhbətin baş tutub-tutmadığını müəyyən edə bilməmişdi.
Musavat.com