AZ

Niderland, Burkina Faso və Kamerundan olan legionerlər Premyer Liqamızda nə etdi?

Premyer Liqanın 2025-26 mövsümündə daha üç ölkənin futbolçusu qol hesabını açıb.

Sportinfo.az xəbər verir ki, bu, çempionatın 9-cu turuna təsadüf edib.

Belə ki, bu mövsüm ilk dəfə Niderland, Burkina Faso və Kamerunun futbolçusu fərqlənib.

“Karvan-Yevlax”da niderlandlı Şakil Sno “Turan Tovuz”la (1:2), “Araz-Naxçıvan”da burkina fasolu İssuf Paro “Sabah”la (2:2), “Neftçi”də isə kamerunlu Vensan Abubakar “Qəbələ” ilə (0:2) qarşılaşmada adını tabloya yazdırıb.

Bununla çempionatımızda futbolçusu qol vuran xarici ölkə sayı 28-ə çatıb.

Seçilən
103
sportinfo.az

1Mənbələr