AZ

Yanvardan bəri ABŞ-ı 2 milyon insan tərk edib - RƏSMİ

Donald Trampın ikinci prezidentlik müddəti ərzində ABŞ qanunsuz miqrantların sayında əhəmiyyətli dərəcədə azalmaya nail olub.

Musavat.com xəbər verir ki, bu, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamada əksini tapıb. Bildirilir ki, yanvarın 20-dən bəri 527 mindən çox insan deportasiya edilib, daha 1,6 milyon insan isə ölkəni könüllü olaraq tərk edib.

Nazirliyin açıqlamasına görə, ABŞ-ı tərk edən qanunsuz miqrantların ümumi sayı iki milyonu keçib. Nazirlik cari prezidentlik müddətinin birinci ilinin sonuna qədər 600 minə qədər deportasiya ilə yeni rekord qırmaq ehtimalını istisna etməyib.

 

Musavat.com

Seçilən
58
musavat.com

1Mənbələr