AZ

Kolumbiya lideri: ABŞ narkotiklərlə mübarizə bəhanəsi ilə regiona nəzarət etmək istəyir

BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ narkotik ticarəti ilə mübarizə bəhanəsi altında Latın Amerikasındakı təbii ehtiyatlar və hökumətlər üzərində nəzarət qurmağa çalışır.

Teleqraf xəbər verir ki, bunu Ər-Riyadda qlobal forumda iştirak edən Kolumbiya Prezidenti Qustavo Petro deyib.

“Raketlərin buraxılmasına heç bir ehtiyac yoxdur... Bu əməliyyatların məqsədi narkotiklərlə mübarizə deyil, neft üzərində nəzarətdir,” - Petro bildirib.

Dövlət başçısı ABŞ-nin son dövrlər Karib dənizində həyata keçirdiyi hava zərbələrini “qanunsuz və səmərəsiz” adlandırıb. O vurğulayıb ki, bu cür addımlar kokaindən imtinanı artırmır və regiona zərər vurur.

Petro həmçinin qeyd edib ki, hazırda fentanil kokaindən daha böyük təhlükə yaradır. Onun sözlərinə görə, ABŞ kokainə diqqət yetirməklə Latın Amerikasındakı hökumətləri təsir altında saxlamağa çalışır, halbuki fentanil bu regionda istehsal olunmur.

Seçilən
65
teleqraf.com

1Mənbələr