Rusiyanın Belçikadakı səfirliyi ölkənin müdafiə naziri Teo Frankenin “Moskvanın xəritədən silinməsi” ehtimalı ilə bağlı bəyanatını kəskin şəkildə pisləyib.
KONKRET.az xəbər verir ki, bu barədə oktyabrın 28-də Rusiya səfirliyinin Teleqram kanalında məlumat verilib.
“Belçikanın aparıcı şahinlərindən birinin “Rusiyanın Brüsselə raket zərbələri”ni proqnozlaşdıran və “Moskvanı xəritədən silməklə” hədələyən təxribat xarakterli və məsuliyyətsiz bəyanatları mütləq absurdluğu və reallıqdan tam uzaqlaşması ilə diqqətimizi çəkmir.
Səfirlik, belçikalı siyasətçinin təhdidlərini “Avropadakı müharibə tərəfinin girdiyi militarist çılğınlığın ən parlaq təzahürü” kimi xarakterizə edib.
Dəniz Pənahova
KONKRET.az