AZ

Qubada “Sağlam həyat tərzinin təbliği” layihəsinin icrası başa çatdı

“Faiq” kənd təsərrüfatı məhsulları istehsalçılarının ictimai birliyi “Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbirlərin təşkili layihəsinin icrasını yekunlaşdırıb.

QHT.az xəbər verir ki, Quba rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində hər tədbirdə 25 nəfər iştirak etməklə 5 tədbir keçirilmişdir.

Tədbirlərdə layihə rəhbəri Vaqif Həsənov layihənin məqsədi haqqında məlumat verərək yeniyetmələri sağlam həyat tərzinin tərkib hissəsi olan düzgün və keyfiyyətli qidalanmanın, normal fiziki inkişafın əsası olan zərərli vərdişlərdən uzaq olmanın əhəmiyyəti və vacibliyinin təbliği haqqında məlumatlandırıb.

Layihənin eksperti iştirakçıların bu sahəyə maraqlarının artırılmasının əhəmiyyətindən danışıb. O, yeniyetmələrə sağlam həyat tərzi, sağlamlıq üçün fiziki aktivlik üzrə tövsiyələr, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi, qida təhlükəsizliyi vərdişlərinin aşılanması, fiziki aktivliyə davamlı, planlaşdırılmış və sistemli yanaşma, düzgün qidalanmanın faydaları, zərərli vərdişlərdən uzaq olmaqdan danışıb.

Layihə çərçivəsində keçirilən tədbirlərin iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

Seçilən
40
3
qht.az

4Mənbələr