AZ

ABŞ İsraili atəşkəsi pozmamağa çağırdı

BAKI, 28 oktyabr. TELEQRAF

İsrail tərəfinin Qəzza zolağında atəşkəsi pozduğuna dair açıqlamalar verməsindən sonra ABŞ İsrailə tələsik addımlar atmamağı tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Qeyd olunur ki, İsrail çərşənbə axşamı HƏMAS-ın hücumuna dair görüntüləri Ağ Evə təqdim edib.

Adı açıqlanmayanABŞ rəsmisi "Axios"a bildirib ki, ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri daha sonra İsrail Baş naziri Benyamin Netanyahunun komandasına razılaşmanın əhəmiyyətli dərəcədə pozulmaması barədə xəbərdarlıq edib.

Seçilən
42
1
teleqraf.com

6Mənbələr