AZ

Qırğızıstan klubunun nümayəndələri "Neftçi"nin qonağı oldular

Qırğızıstanın Premyer Liqa təmsilçisi "Özgön"ün nümayəndələri "Palms Sports" Futbol Mərkəzində "Neftçi"nin qonağı olublar.

Fanat.Az xəbər verir ki, onlar Bakı klubunun baş icraçı direktoru Cenk Sümer, futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizov və digər klub rəsmiləri ilə görüşüblər.

Tədbirdə klubların birgə əməkdaşlıq perspektivi müzakirə olunub və bununla bağlı fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar "Palms Sports" Futbol Mərkəzi ilə yaxından tanış olublar.

Seçilən
30
3
fanat.az

4Mənbələr