Bakı. Trend:
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-HavaLimanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan YaşayışKompleksinin birinci mərhələsi üzrə 1 mənzilin, Bakı şəhəri,Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km,“10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikincimərhələsi üzrə 7 mənzilin, Sumqayıt şəhəri, Bulvar küçəsi, 197ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 10 mənzilin,Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanındayerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 10 mənzilin, Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahəünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin,Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən ŞirvanYaşayış Kompleksi üzrə 216 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqovküçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 179mənzilin, ümumilikdə 627 mənzilin satışı 3 dekabr 2025-ci iltarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixisaat 11:00-dək davam edəcəkdir.
Trend-in MİDA-ya istinadən verdiyi məlumatagörə, “Azərbaycan Respublikasının Mənzil İnşaatı DövlətAgentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştləəldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərinseçimi 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı iltarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı DövlətAgentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektronhökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemivasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahibolmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetəsahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıranömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqamalikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflıməlumatla, o cümlədən mətn və video formatlı təlimatlarlawww.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzilsistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 1,Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 7, SumqayıtYaşayış Kompleksi üzrə 10, Lənkəran Yaşayış Kompleksi üzrə 10,Binəqədi Yaşayış Kompleksi üzrə 204, Şirvan Yaşayış Kompleksi üzrə216, Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzil olmaqla, ümumilikdə627 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli,kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz vəelektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət TikintiNormalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununlabağlı Azərbaycan Respublikası Fövqəladə Hallar NazirliyininTikintidə Təhlükəsizliyə Nəzarət Dövlət AgentliyininTəsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə -08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət rəyi;
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə -20.10.2020-ci il tarixli 30325 nömrəli müsbət rəyi;
Sumqayıt Yaşayış Kompleksi üzrə - 10.10.2022-ci il tarixli 33774nömrəli müsbət rəyi;
Lənkəran Yaşayış Kompleksi üzrə - 25.11.2021-ci il tarixli 32210nömrəli müsbət rəyi;
Binəqədi Yaşayış Kompleksi üzrə - 27.04.2023-cü il tarixli 35053nömrəli müsbət rəyi;
Şirvan Yaşayış Kompleksi üzrə - 03.07.2023-cü il tarixli 35409nömrəli müsbət rəyi;
Yevlax Yaşayış Kompleksi üzrə - 09.12.2023-cü il tarixli 36452nömrəli müsbət rəyi mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik HüquqiŞəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Sumqayıt Əraziİdarəsi, 10 saylı Lənkəran Ərazi İdarəsi, 13 saylı Şirvan Əraziİdarəsi və 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mənzillərəmülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqındadaşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.
Daha ətraflı linkdən məlumat ala bilərsiniz.