AZ

“Arsenal” bir neçə futbolçu ilə müqaviləni uzatmaq niyyətindədir

“Arsenal” bir neçə əsas futbolçusu ilə əmək müqaviləsini yeniləmək üzərində işləyir.

90deqiqe.Az “BBC”ə istinadən xəbər verir ki, London klubu artıq cinah hücumçu Bukayo Saka və müdafiəçi Yuryen Timber ilə müsbət danışıqlar aparır. Hər iki futbolçu yaxın vaxtlarda cari müqavilələrindən daha sərfəli şərtlərlə imza ata bilər.

 “Topçular” həmçinin yarımmüdafiəçi Deklan Rays ilə danışıqlara start verməyə hazırlaşır. Klub mümkün qeyri-müəyyənliyi aradan qaldırmaq və Rays ilə müqaviləni erkən müddətdə uzatmaq istəyir. Hazırda futbolçunun “Arsenal” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Seçilən
59
90deqiqe.az

1Mənbələr