"Melissa" qasırğası Yamaykaya böyük ziyan vurub.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, 50 mindən çox insan elektriksiz qalıb. İndiyə qədər üç nəfər ölüb.
"Black River", "Spalding", "Sent-Kroix", "Canction" və "Sent-Elizabet" şəhərlərinə zərbə endirilib. Sürəti saatda 280 km-ə çatan külək yüzlərlə evi dağıdıb. Yerli sakinlər binaların güclü cərəyanlar tərəfindən yuyulduğunu deyirlər. Çaylar öz sahillərindən aşıb və küçələri su basıb, 4 metr hündürlükdəki dalğalar evləri dağıdır.
Yamaykada 100-dən çox rus turist evlərində əvvəlcədən tikilmiş sığınacaqlarda sığınır.