Ermənistanın Baş naziri Paşinyan parlament seçkilərində iştirak üçün seçki qərargahını yaradıb.
AzPost bildirir ki, bu barədə “Vətəndaş Müqaviləsi” Partiyası Şurasının iclasında qərar qəbul edilib. İclasda partiyanın 2026-cı il Milli Məclis seçkiləri üçün seçki qərargahının tərkibi təsdiqlənib.
Partiya həmçinin proporsional siyahıya daxil olmaq üçün ərizələrin təqdim edilməsi prosedurunu və son tarixini müəyyən edib.