AZ

Dani Alves tövbə etdi

Braziliyalı keçmiş futbolçu Dani Alves 14 aylıq həbsdən sonra Girona Kilsəsinin icmasına qoşulub. Metbuat.az xəbər verir ki, 42 yaşlı sabiq idmançı kilsədə çəkilən görüntüsünü paylaşaraq buz sözləri yazıb: “Tanrı ilə bir razılaşma etdim. Həyatımın ən çətin dövründə məni tutub kilsəyə gətirdi və mənə xilas yolunu göstərdi. İndi bu yolda davam edirəm”.Alves həyatının qaranlıq dövrünü geridə qoymaq üçün dini icmaya sığındığını və tövbə etdiyini bildirib.

Qeyd edək ki, “Barselona” və “Sevilya”nın sabiq oyunçusu, cinsi təcavüz ittihamı ilə aparılan məhkəmə prosesində 4,5 il həbs cəzası almış, 1 milyon avro girov ödəyərək azadlığa buraxılmışdı. Alvesin azadlığa çıxması ictimaiyyətdə etirazlara səbəb olmuşdu.

Seçilən
22
1
metbuat.az

2Mənbələr