Sobçak Paşinyanın musiqi paylaşımlarını lağa qoyub.
KONKRET.az xəbər verir ki, rusiyalı televiziya aparıcısı və jurnalist Kseniya Sobçak Ermənistanın Baş naziri Nikol Paşinyanın “Teleqram”da yayımlanan yeni videosuna şərh verib.
Şərhdə Sobçak siyasətçiyə Mixail Kruqun bəstəsinə video çəkməyi təklif edib.
Paşinyan özü Destiny’s Child qrupunun “Survivor” musiqisinin yer aldığı video paylaşıb. Videoda o, kameraya baxaraq əllərini ürək formasına salır.
Baş nazir videoya belə şərh yazıb:
“Sabahınız xeyir, gününüz xoş keçsin və hamınıza sevgilərlə”.
Müşviq Tofiqoğlu
KONKRET.az