AZ

"Microsoft" şirkəti "OpenAI"ın 27 faizlik səhmini əldə edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft”un “OpenAI” ilə bağladığı yeni anlaşma ilə şirkətdə təxminən 135 milyard dollar dəyərində 27 faiz paya sahib olacağı bildirilib.

Banco.azxəbər verir ki, hər iki şirkətin verdiyi birgə açıqlamada 2019-cu ildən bu yana davam edən strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyi və bu çərçivədə yeni anlaşma imzalandığı duyurulub.

Açıqlamaya görə, “Microsoft” “OpenAI”ın ictimai fayda məqsədli korporativ strukturunu və yenidən kapitallaşdırma planını dəstəkləyir.

Yenidən təşkilatlanmadan sonra “Microsoft”un təxminən 135 milyard dollarlıq yatırımla “OpenAI”da 27 faiz paya sahib olacağı bildirilib. Bu payın əməkdaşlar, investorlar və “OpenAI” Fondu daxil olmaqla bütün mülkiyyət paylarını əhatə etdiyi qeyd olunub.

Həmçinin xatırladılıb ki, “Microsoft” “OpenAI”ın son investisiya raundlarından əvvəl şirkətin kommersiya yönümlü bölməsində 32,5 faiz paya sahib idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
27
1
banco.az

2Mənbələr