“Napoli”nin yarımmüdafiəçisi Skott MakTominay İngiltərə Premyer Liqasına qayıtmaq istəyir.
90deqiqe.Az “The Sun”a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Neapolda yalnız futbol sahəsi xaricindəki həyatından məmnun deyil və buna görə də İngiltərəyə qayıtmağı düşünür.
2024-cü ilin yayında futbolçu İngiltərəni tərk edərək İtaliyanın “Napoli” klubuna keçib.
Cari mövsümdə MakTominay bütün turnirlər daxil olmaqla 10 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Şotlandiyalının “Napoli” ilə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Transfermarkt ekspertləri futbolçunun qiymətini 50 milyon avro qiymətləndirir.