AZ

Bu ölkədə təyyarə qəzası oldu -

Keniyanın Alio bölgəsinin Tsimba məhəlləsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Metbuat.az xəbər verir ki, paytaxt Nayrobidən təxminən 500 kilometr cənubda baş verən hadisə zamanı göyərtədə 11 nəfər olub. Məlumata görə, hadisə nəticəsində onların hamısı həlak olub. Ölənlər arasında xarici turistlərin də olduğu bildirilir. Bildirilir ki, göyərtədə 8 Macarıstan və 2 Almaniya vətəndaşı, eləcə də bir Keniyalı heyət üzvü olmaqla 10 turist olub.

Hadisənin təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra qeydə alındığı və təyyarənin meşəlik əraziyə düşdüyü qeyd edilib.

Seçilən
14
1
metbuat.az

10Mənbələr