Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Tayland və Malayziya ilə "valyuta məzənnəsinin şəffaflığı" sazişi imzalayıb.
Banco.azxəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Tayland Mərkəzi Bankı və Malayziya Mərkəzi Bankı ilə makroiqtisadi məsələlər və valyuta siyasətləri üzrə sıx məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəldiyini açıqlayıb.
Nazirliyin açıqlamasında vurğulanıb ki, tərəflər Beynəlxalq Valyuta Fondu (BVF) anlaşması çərçivəsində valyuta məzənnələrini və ya beynəlxalq pul sistemini manipulyasiya etməkdən çəkinmək öhdəliklərini yeniləyiblər.
Həmçinin bildirilib ki, tərəflər rəqabət məqsədilə valyuta məzənnələrini hədəf almayacaqları barədə anlaşma əldə ediblər. Valyuta bazarlarına müdaxilənin isə yalnız həddindən artıq dəyişkənlik və nizamsız hərəkətlərin qarşısının alınması məqsədilə həyata keçiriləcəyi qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!