AZ

Microsoft korporasiyası və ChatGPT-nin yaradıcısı OpenAI yeni razılaşmaİMZALADI

Microsoft korporasiyası və ChatGPT-nin yaradıcısı OpenAI yeni razılaşma imzalayıb.

Redaktor.az xəbər  verir ki,  barədə Microsoft-un bloqunda məlumat verilib.

Microsoft və OpenAI iki şirkət arasında tərəfdaşlığın “növbəti mərhələsinə” keçdiklərini açıqlayıblar. Tərəflər OpenAI-nin ictimai faydalı korporasiyaya (public benefit corporation, PBC) çevrilməsi barədə razılığa gəliblər. Yenidən kapitallaşdırmadan sonra Windows-un istehsalçısı olan Microsoft 135 milyard dollarlıq investisiya əldə edəcək ki, bu da təxminən 27 faizlik paya bərabərdir.

“Tərəflərin nümayəndələri bildiriblər ki, razılaşma bu uğurlu əməkdaşlığın əsasını təşkil edən vacib elementləri qoruyur.”

Bu o deməkdir ki, OpenAI Microsoft-un əsas model tərəfdaşı olaraq qalır. Öz növbəsində, IT nəhəngi intellektual mülkiyyətə və Azure API-yə olan eksklüziv hüquqlarını saxlamaqda davam edəcək.

Razılaşmaya əsasən, Microsoft-un modellər və məhsullar üzərindəki intellektual mülkiyyət hüquqları 2032-ci ilə qədər uzadılacaq.

Bundan əlavə, OpenAI artıq bəzi məhsulları digər şirkətlərlə birgə hazırlaya biləcək.

Xədicə BAXIŞLI 

Seçilən
48
2
redaktor.az

3Mənbələr