AZ

Güləşçilərimiz master-klass keçib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkil etdiyi III Zəfər İdman Festivalı çərçivəsində ustad dərsi baş tutub.

Apasport.az xəbər verir ki, AzMİU İdman klubunda sərbəst güləş üzrə 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev və yunan-Roma güləşi üzrə 4 qat dünya, 2 qat Avropa çempionu Eldəniz Əzizli yeniyetmə və gənc güləşçilər üçün master-klass keçib.

Nəzəri hissədə Hacı Əliyev güləşdə qazandığı uğurlardan və bu uğurlara gedən yoldan danışmaqla yanaşı, yeniyetmə və gənclərə öz tövsiyələrini çatdırıb.

Praktiki hissədə isə Eldəniz Əzizli müxtəlif fəndlərin icrasını nümayiş etdirib. Xalça üzərində tarix yazan güləşçilərimiz bildiriblər ki, uğurlu idmançı olmaq üçün yalnız zalda məşq etmək kifayət etmir, bunda təhsil və mənəvi inkişaf da mühüm rol oynayır.

Tədbirin sonunda isə tanınmış idmançılarımız tələbələrin müxtəlif suallarını cavablandırıb.

3 idmançımız bürünc medal uğrunda mübarizə aparacaq

Güləşçilərimizdən Estoniyada 7 medal

Millimiz tarixinin ən yaxşı nəticəsinə imza atdı: Dünya üçüncüsü oldu

Yunan-Roma güləşçimiz dünya çempionu oldu

Azərbaycanın daha bir güləşçisi dünya çempionatının finalında

Seçilən
39
4
apasport.az

5Mənbələr