“Kəpəz”in baş məşqçisi Azər Bağırovun gündəmə gətirdiyi uşağın valideyninin kimliyi bilinib.
Aydın oldu yəqin: söhbət yenə Babəkdən gedir.
A.Bağırov Premyer Liqanın 8-ci turunun “Şamaxı” ilə səfər oyunundan (4:1) sonra ilk dəfə həmin balaca fanatın adını çəkmişdi.
Mövsümdə ilk dəfə 3 xal qazanan “sarı-göylər“in çalışdırıcısı demişdi:
“Bu qələbəni azarkeşlərimizə, xüsusən də, Babəkə həsr edirəm. Babək Gəncədən gələndə mənə demişdi ki, Azər müəllim, qələbə qazanacağıq.
Bu da mənə əlavə motivasiya oldu. Ona görə onu xüsusi vurğuladım”.
Azər Bağırovun adını çəkdiyi Babək kimin oğlu olsa yaxşıdır? Klubun mətbuat xidmətinin keçmiş rəhbəri Azad Mustafayevin.
Bağırov və Mustafayev yaxın dostdur. Bu münasibətlər 2024-cü ilin sentyabrından - birincinin ilk dəfə «Kəpəz»in sükanı arxasına keçməsindən sonra yaranıb.
Bağırov bu ilin iyununda iş yerini tərk etdi, Mustafayev də iki ay sonra ayrıldı.
Baş məşqçi dörd ay sonra geri qayıtdı, media mənsubu isə hələ hələ kənardadır, gözləyir…
SPORTİNFO.AZ
