İtaliya futbolunun əfsanəsi Françesko Totti “Yuventus”un baş məşqçi postuna namizədlərdən biri olan Luçano Spalletti barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, “Calciomercato” nəşri sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Eşitmişəm ki, o, bu vəzifəyə əsas namizədlərdən biridir. Məncə, Spalletti “Yuventus” üçün əla seçim olar. O, işinə sadiq, uğura can atan güclü mütəxəssisdir. Harada çalışırsa, orada nəticə əldə etməyə çalışır. “Yuventus” onunla müqavilə bağlasa, bu, çox uğurlu addım olar.”
Qeyd edək ki, Luçano Spalletti əvvəllər “Roma”, “Zenit”, “İnter”, “Napoli” və İtaliya millisində baş məşqçi kimi fəaliyyət göstərib.
Hazırda “Yuventus” A Seriyasında 8 turdan sonra 12 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.