AZ

Netanyahu əmr etdi: Dərhal Qəzzanı vurun

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrail Baş naziri Binyamin Netanyahu Qəzza zolağına təcili və güclü zərbələr endirmək əmri verib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bəyanatda deyilir: “Təhlükəsizlik məsləhətləşmələrinin başa çatmasından sonra baş nazir hərbi rəhbərliyə Qəzza zolağına dərhal güclü zərbələr endirməyi tapşırıb”.

Daha əvvəl anklavda HƏMAS və İsrail Müdafiə Qüvvələri arasında atışma baş verib.

“The Times of Israel” qəzetinin məlumatına görə, HƏMAS İsrail əsgərlərinə atəş açıb. Hadisə Qəzza zolağının cənubundakı Rəfah şəhərində baş verib. İsrail ordusu cavab atəşi açmağa məcbur qalıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
50
globalinfo.az

10Mənbələr