AZ

"Neftçi" ilə bağlı xüsusi şərh vermək istəmirəm"

"İmişli"nin uğurlu çıxışında ən çox payı olanlardan biri də Azər Salahlıdır.

Kapitan arxada qalan 9 turun hamısını meydanda olub.

Müdafiəçinin adında hətta bir qol var.

Sabit çıxış edir, təcrübəli oyunçu kimi kollektivi arxasınca daşıyır.

Halbuki ötən mövsümün bu günləri ən çox tənqid olunan oyunçu idi. "Neftçi" azarkeşləri az qala klubun uğursuzluğunun əsas səbəbkarı kimi onu görürdülər.

Ancaq bu gün 31 yaşlı oyunçunun öz durumuna, kapitanı olduğu "İmişli"nin vəziyyətinə baxın, bir də milyonların oynadığı, milyonluq oyunçuların top qovduğu "Neftçi"yə.

Belədə haqlı olaraq sual yaranır - Bəlkə, problem Azərdə yox, "Neftçi"də imiş?

Bizim nəsə deməyimiz doğru olmaz. Ona görə də sualı elə Salahlının özünə ünvanladıq:

"Bu barədə xüsusi şərh vermək istəmirəm. Futbolçu karyeram ərzində keçmiş klubumda formamı geyinərkən əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam.

Mənim üçün hər bir belə təcrübə böyük dəyər kəsb edir.

Hazırda isə “İmişli”nin bir üzvü olaraq komandama dəstək vermək və uğurlarımıza töhfə vermək əsas prioritetimdir. “Neftçi”yə də uğurıar arzu edirəm".

XANOĞLAN

Seçilən
21
sportinfo.az

1Mənbələr