AZ

“Apple” şirkətinin səhmləri ilk dəfə 4 trilyon dolları keçdi

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

ABŞ-nin texnologiya nəhəngi “Apple” şirkətinin səhmləri ilk dəfə 4 trilyon dolları keçib.

Metbuat.az xəbər verir ki, şirkətin səhmləri 0,4 faiz artaraq 269,87 dollara çatıb. Bu tarixin ən yüksək səviyyəsi hesab edilir. Məlumata görə, bu bahalaşma sayəsində şirkətin bazar kapitallaşması ilk dəfə 4 trilyon dolları keçib və Nvidia və “Microsoft”dan sonra bunu edən üçüncü şirkət olub.

Analitiklər bildiriblər ki, “Apple” şirkətinin səhmlərinin bahalaşması satışa çıxarılan smartfonuna olan güclü tələbatla bağlıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
metbuat.az

2Mənbələr