AZ

Gürcüstanda bu partiyalar ləğv edilə bilər

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasını və iki parlament qrupunu təmsil edən deputatlar dövlət əleyhinə və antikonstitusion fəaliyyətlərdə iştirakı təsdiq edilmiş siyasi partiyaların qadağan edilməsi üçün Gürcüstan Konstitusiya Məhkəməsi qarşısında iddia qaldırıblar.

Sitat.info xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili brifinqdə bəyan edib.

“Biz “Vahid Milli Hərəkat”, “Dəyişikliklər üçün Koalisiya” və “Lelo – Güclü Gürcüstan” partiyalarının qeyri-konstitusion elan edilməsinin tərəfdarıyıq”, – deyə spiker qeyd edib.

Papuaşvili qeyd edib ki, iddianın qaldırılmasına əsas müvəqqəti parlament istintaq komissiyasının rəyi olub.

Onun sözlərinə görə, bu komissiya müxtəlif siyasi qüvvələrin, eləcə də Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili tərəfindən təsis edilmiş keçmiş hakim partiya “Vahid Milli Hərəkat”ın dövlətə və konstitusiyaya qarşı fəaliyyətləri məsələsini bir neçə ay ərzində araşdırıb:

“Konstitusiya Məhkəməsi iddia ərizəsini təmin edəcəyi təqdirdə, qanunvericiliyi pozan siyasi partiyalara və ya onlarla əlaqəli şəxslərə seçkilərdə iştirak etmək qadağan olunacaq. Bu partiyaların üzvlərinə, həmçinin dövlət vəzifələrini tutmaq və yeni partiyalar yaratmaq qadağan ediləcək”.

Xatırladaq ki, Konstitusiya Məhkəməsi iddia üzrə qərarı yaxın aylarda verəcək.

Seçilən
28
4
sitat.info

5Mənbələr