AZ

Türkiyənin ilk milli tankı ordunun istifadəsinə verildi

Hurriyyet.az xəbər verir ki, Türkiyə istehsalı olan ilk yerli "Altay" tankı Türkiyə ordusunun cəbbəxanasına daxil olub.

Bu barədə Türkiyə Prezidenti R.T.Ərdoğan açıqlama verib. 

Prezident Ərdoğan Ankarada yeni nəsil zirehli texnika və tanklar istehsal edəcək zavodun açılış mərasimində iştirak edib. O, ölkəsinin müstəqil müdafiə sənayesinin təmin olunması yolunda inamla irəlilədiyini bəyan edib.

Ərdoğan deyib: "İnkişaf etmiş hava, quru və dəniz sistemlərimizlə əfsanələr yaratmağa davam edirik. Bu istehsal müəssisəsi ayda 8 ədəd "Altay" tankı və 10 ədəd "Altuğ" zirehli maşını istehsal edəcək. Son 23 ildə bəzilərinin həsədlə, bəzilərinin isə heyranlıqla baxdığı bir müdafiə sistemi qurduq".

Türkiyə lideri qeyd edib ki, "Altay" tankı müasir döyüş şəraitinə maksimum dərəcədə uyğunlaşmaq üçün ən son sistemlərlə təchiz olunub: "Ən sərt şəraitdə işləmək üçün hazırlanmış "Altay" tankı ilə tank texnologiyasında yeni bir dövrə qədəm qoyuruq. İlk tankları qəhrəmanlarımıza - Türkiyə ordusuna təhvil verməklə fəxr edirik".

Hürr Tərcüman

 

Seçilən
44
1
hurriyyet.az

2Mənbələr