İsrailin Baş naziri Benyamin Netanyahu Orduya Qəzza zolağına güclü zərbələrin endirməyi əmr edib.
Musavat.com xəbər verir ki, məlumatı Baş nazirin ofisi açıqlayıb: "Təhlükəsizlik məsləhətləşmələrinin başa çatmasından sonra Baş nazir hərbi rəhbərliyə dərhal Qəzza zolağına güclü zərbə endirməyi tapşırdı".
Netanyahunun bu əmrindən sonra HƏMAS açıqlama yayaraq İsrailin Qəzzada atəşkəsi pozması səbəbindən girovların cəsədinin təhvil verilməsini təxirə saldığını elan edib.
Musavat.com