BAKI, 28 oktyabr. TELEQRAF
Serbiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Teleqraf “MaxBet Sport” nəşrinə istinadən xəbər verir ki, bu vəzifəyə serbiyalı mütəxəssis Velko Paunoviç təyin olunacaq.
O, oktyabrın ortalarında FSS Serbiya yığmasının baş məşqçisi postundan ayrılan Dragan Stoykoviçi əvəz edəcək. Hazırda şifahi razılaşma əldə olunub, yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Velko Paunoviç daha əvvəl “Rubin Kazan”, “Partizan”, “Atletiko Madrid” və “Real Oviedo” klublarında çıxış edib.