AZ

Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dollara çatıb

Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dollara çatıb

ABŞ-ın texnologiya nəhəngi Apple-ın bazar dəyəri tarixdə ilk dəfə olaraq 4 trilyon dollara yüksəlib.

Şirkətin səhmləri ABŞ-da birjaların açılmasından qısa müddət sonra 0,4 faiz artaraq 269,87 dollara qalxıb və bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Beləliklə, şirkətin bazar dəyəri bir müddətlik 4 trilyon dolları keçib və Apple bu dəyərə çatan Nvidia və Microsoft-dan sonra üçüncü şirkət olub.

Bakı vaxtı ilə saat 18:30-a olan məlumata görə, Apple-ın səhmləri 268,62 dollardan satılıb və ümumi bazar dəyəri 3,99 trilyon dollar səviyyəsinə enib.

Analitiklər bildiriblər ki, Apple-ın səhmlərində son dövrlərdə müşahidə olunan artımda sentyabrda satışa çıxardığı ən son model ağıllı telefona olan güclü tələb mühüm rol oynayıb.

Şirkət cümə axşamı günü birjalar bağlandıqdan sonra 2025 maliyyə ilinin dördüncü rübünə dair maliyyə hesabatını açıqlayacaq.

Seçilən
87
afn.az

1Mənbələr