AZ

“Gmail”in 183 milyon istifadəçisinin parolu ələ keçirilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 28 oktyabr, AZƏRTAC

“Gmail” istifadəçilərinə milyonlarla hesabın təhlükə altında olması ilə bağlı təcili xəbərdarlıq edilib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, 183 milyona yaxın e-poçt hesabı və onlara aid parollar internetdə sızdırılıb. Məlumat sızması kibercinayətkarlara yalnız e-poçt hesablarına deyil, həm də “Gmail” vasitəsilə qoşulmuş digər onlayn hesab və xidmətlərə daxil olmaq imkanı verə bilər.

Hadisə bu ilin aprel ayında baş verib, lakin yaxın günlərdə məlumat sızmalarını izləyən “Have I Been Pwned” platforması tərəfindən qeydə alınıb.

Saytın yaradıcısı Troy Hunt bildirib ki, sızan məlumatlar internetin müxtəlif mənbələrindən toplanaraq daha geniş bir haker hücumunun tərkib hissəsini təşkil edib. Mütəxəssislər istifadəçilərə dərhal “Gmail” parollarını dəyişməyi və iki mərhələli identifikasiya sistemini aktivləşdirməyi tövsiyə edirlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
93
9
azertag.az

10Mənbələr