
Microsoft-un OpenAI ilə imzaladığı yeni müqavilə nəticəsində şirkətdə təxminən 135 milyard dollar dəyərində 27 faizlik paya sahib olacağı bildirilib.
Hər iki şirkətin yaydığı birgə açıqlamada qeyd olunub ki, Microsoft və OpenAI 2019-cu ildən bəri davam edən əməkdaşlıqlarını növbəti mərhələyə daşıyaraq yeni bir razılaşma imzalayıblar.
Açıqlamada Microsoft-un OpenAI-in ictimai fayda məqsədilə fəaliyyət göstərən şirkət kimi strukturunu və yenidən maliyyələşmə planını dəstəklədiyi vurğulanıb.
Yenidən maliyyələşmədən sonra Microsoft-un OpenAI-də təxminən 135 milyard dollarlıq investisiya ilə 27 faizlik paya sahib olacağı, bu nisbətin əməkdaşlar, investorlar və OpenAI fondu da daxil olmaqla bütün sahiblər nəzərə alındıqda keçərli olduğu qeyd olunub.
Açıqlamada həmçinin bildirilib ki, son investisiya mərhələlərindən əvvəl Microsoft OpenAI-in kommersiya yönümlü bölməsində 32,5 faizlik paya sahib idi.
OpenAI-in Microsoft-un əsas model tərəfdaşı olaraq qalacağı qeyd edilən açıqlamada, Microsoft-un OpenAI-in məhsul və modelləri üzərindəki əqli mülkiyyət hüquqlarını 2032-ci ilə qədər əlində saxlayacağı bildirilib.
Bundan əlavə, OpenAI-in Microsoft-dan 250 milyard dollarlıq əlavə Azure xidmətləri satın alma öhdəliyi götürdüyü də açıqlanıb.