ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin Florida ştatında yerləşən məşhur “Walt Disney World” istirahət kompleksində 10 gün ərzində 3 nəfərin həyatını itirməsi müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, ardıcıl baş verən hadisələrdən sonra polis araşdırmaya başlayıb.
Məlumata görə, ilk hadisə oktyabrın 14-ü ərəfəsində qeydə alınıb. Belə ki, 31 yaşlı qadın “Disney’s Contemporary Resort” adlı oteldə ölü tapılıb. Polis ilkin araşdırmalara əsasən, bunun intihar ola biləcəyini açıqlayıb.
İkinci ölüm hadisəsi oktyabrın 21-də baş verib. Təxminən 60 yaşlarında bir kişi “Disney’s Fort Wilderness” düşərgə sahəsində qəfil sağlamlıq problemi keçirib. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Üçüncü ölüm isə oktyabrın 23-də yenə “Contemporary Resort”da qeydə alınıb. Bu şəxsin kimliyi və ölüm səbəbi hələlik açıqlanmayıb.
Rəsmilər bildiriblər ki, bu üç hadisə arasında hər hansı əlaqə müəyyən olunmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.