AZ

Ali Koç “Sevilya”ya sərmayə qoyur – danışıqlar başladı

İspaniya mediasının yaydığı məlumata görə, “Fənərbağça”nın keçmiş prezidenti Ali Koç La Liqa təmsilçisi “Sevilya” klubunun səhmlərinin böyük hissəsini almaq üçün danışıqlara başlayıb.

Fanat.Az xəbər verir ki, Ali Koçun bu addımı İspaniya futboluna sərmayə yatırmaq planlarının tərkib hissəsidir. O, klubun idarəetməsində ciddi dəyişikliklər etməyi və komandanı yenidən Avropa arenasında güclü rəqiblər sırasında görməyi hədəfləyir.

Hazırda tərəflər arasında ilkin danışıqlar aparılır və yaxın zamanda müqavilə şərtlərinin müəyyənləşəcəyi gözlənilir. Ali Koçun “Sevilya”ya olan marağı həm idman, həm də maliyyə baxımından Avropada yeni bir səhifənin başlanğıcı kimi qiymətləndirilir.

Kamil Xudiyev

Seçilən
35
1
fanat.az

2Mənbələr