İspaniyada “Barselona” klubuna qarşı rəsmi korrupsiya ittihamı irəli sürülüb.

Offsideplus.az xəbər verir ki, məhkəmə qərarı mətbuat tərəfindən istintaqda dönüm nöqtəsi kimi qiymətləndirilib.

Klub hüquqi şəxs qismində, İspaniya Hakimlər Komitəsinin sabiq rəhbəri Xose Mariya Enrikes Neyqreyraya təxminən 7,2 milyon avro ödəniş etməkdə ittiham olunur. Bu ödənişlərin 2001–2018-ci illər arasında, yəni təxminən 20 il ərzində həyata keçirildiyi bildirilir.

Noyabr–fevral aylarında “Barselona” rəhbərliyindən və keçmiş məşqçilərdən ifadə alınacaq:

  • Prezidentlər Xoan Laporta və Xoan Qaspar,

  • vitse-prezident Elena Fort,

  • sabiq baş məşqçilər Luis Enrike və Ernesto Valverde.

Məhkəmə klubdan, həmçinin, "Dasnil 95 SL" və "Nilsad SCP" şirkətləri ilə bağlanmış müqavilələrin orijinallarını təqdim etməyi tələb edib. İddialara görə, məhz bu sənədlərdə hakimlərə yönəlik “ödənişli xidmətlər”in izləri var.

Qeyd edək ki, iki gün əvvəl Cud Bellinqem “El Klásico”da rəqib futbolçu Pedriyə qırmızı vərəqə tələb etdiyi üçün Neqreira işinə eyham vuraraq cavab vermişdi — bu da mövzunun yenidən gündəmə gəlməsinə səbəb olub.