AZ

Şəki Zaqatala bölgəsində 7720 şagird onlayn imtahanda biliyini sınayıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəki, 28 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX sinifləri üzrə onlayn-test formasında sınaq imtahanı keçirilib.

Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sınaq imtahanının keçirilməsində məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.

Regional İdarənin təşkilatçılığı ilə keçirilən imtahan Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə aparılıb. Ümumilikdə 7720 şagirdin iştirak etdiyi sınaq imtahanında hər bir fəndən 25 sual təqdim olunub və şagirdlərə bu sualları cavablandırmaq üçün 150 dəqiqə vaxt ayrılıb.

İmtahanın nəticələrinin təhlili ümumi təhsil müəssisələrinə təqdim olunacaq və mövcud problemlərin həlli istiqamətində müvafiq tövsiyələr veriləcək.

Regional Təhsil İdarəsindən verilən məlumata görə, qurum tərəfindən həftə ərzində IV və VI siniflər üzrə ümumilikdə 15 mindən çox şagirdin iştirakı ilə monitorinq imtahanlarının keçirilməsi də nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
azertag.az

1Mənbələr