Bakı. Trend:
Böyük Britaniya hökuməti sığınacaq axtaranları hotellərdənçıxarıb, Şotlandiyanın İnverness şəhərindəki “Cameron Barracks” vəİngiltərənin Şərqi Sasseks qraflığındakı “Crowborough” hərbi təlimdüşərgələrinə yerləşdirməyi planlaşdırır.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu ərazilərdə ümumilikdə 900 nəfər sığınacaqaxtaran şəxs qalacaq. Hazırda ölkə üzrə təxminən 32 min şəxshotellərdə qalır.
Hökumət növbəti seçkilərə qədər hotellərdən istifadənidayandırmaq və xərcləri azaltmaq istəyir.
Müdafiə naziri Lyuk Pollard bu bazaların lüks olmadığını, ammatələblərə cavab verdiyini bildirib. Lakin Milli Audit İdarəsi hərbibazalarda yerləşdirmənin hotellərlə müqayisədə daha baha olacağınıqeyd edib. Pollard xərclərin hələ qiymətləndirildiyinisöyləyib.