AZ

Bakıda qol güləşi üzrə dünya çempionatı start götürdü

Bu gün paytaxt Bakıda qol güləşi üzrə dünya çempionatına start verilib.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan tarixində ilk dəfə keçirilən bu mötəbər yarışın açılış mərasimi möhtəşəm atmosferdə baş tutub.

Tədbirdə əvvəlcə turnirdə iştirak edən ölkələrin bayraqları altında idmançıların paradı nümayiş olunub. Ardınca Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) prezidenti Anders Aksklo və Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, iştirakçılara uğurlar arzulayıblar.

Rəsmi hissədən sonra dünya çempionatı açıq elan olunub.

Qeyd edək ki, dörd gün davam edəcək mundialda müxtəlif yaş kateqoriyalarında 30 ölkədən 400-dən artıq idmançı gücünü sınayacaq. Yarışlar çərçivəsində həm kişilər, həm də qadınlar arasında çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək.

Seçilən
28
90deqiqe.az

1Mənbələr